"Transformerlər" filmi ilə dünya şöhrəti qazanan aktrisa və model Meqan Foks ana olub. Aktrisanın oğlu dünyaya gəlib. Bu barədə aktrisa özü "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. O, həyat yoldaşı Brayan Ostin Qrinlə gözlədikləri uşaqlarının doğulduğunu hamı ilə paylaşıb. Meqan Foksun yazdığına görə, sentyabrın 27-də dünyaya gələn oğluna Noa Şennon Qrin adını veriblər. O, bu "sağlam, gözəl körpənin valideynləri olmaqdan fərəhləndiklərini" yazıb.