Şou-biznesin ən varlı müğənnilərindən sayılan əməkdar artist Vasif Məhərrəmli özünə yeni mənzil alıb.
ATV-də yayımlanan "Ulduzlu yayım" proqramının çəkiliş heyəti müğənninin yeni təmirdən çıxan lüks mənzilində olub.
Çəkiliş heyətini oğlu Məhəmməd Əli ilə qarşılayan Vasif çox təmizkar olduğunu bildirib:
"Fərqi yoxdur, evə hansımız girdik - Bacım, mən, yoldaşım fərqi yoxdur, o dəqiqə ayaqqabımız çıxan kimi aparırıq çamaşırxanaya. Bunun üçün balaca çamaşırxana da hazırlatmışam. Orada yuyulur, təmizlənir. Quruduqdan sonra yığılır şkafa.
Ayaqqabılarımın əksəriyyətini İtaliyaya gedəndə almışam. Adam var başdan-ayağa brend geyinir, amma görsənmir ki, bunda brenddir".
Əməkdar artist evinin dizaynını memara həvalə etdiyini bildirib:
"Evimdə memar işləyib. Amma aboyu, divarın rəngini, çılçıraqları özüm seçmişəm. 5 ildir burada yaşayıram. Bu mənim yaşadığım üçüncü evimdir.
Mən pulunu üst-üstə yığan insanları başa düşmürəm. Mənim dostlarım arasında da belələri var. Bir-ikisini maarifləndirib artıq yola gətirmişəm. Allah sənə o imkanı veribsə, sənin o pulu üst-üstə yığıb, gedib balaca daxmada yaşamağın nə mənası var".
milli.az