"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin qızı Buse Terim moda bloqu ilə populyarlaşmaqdadır.
AZXEBER.COM-un məlumatına görə o, Türkiyənin Kanal D telekanalında nümayiş olunan "İntikam" teleserialının baş rolunda oynayanBeren Saatın geyimlərini də şərh edib:
"Serialın ilk seriyasında Berenin geyimlərini bəyəndim. O, əladır. Serialın bundan sonrakı seriyalarında aktyorların geyim və stillərini də şərh etmək niyyətindəyəm".