Bu da oldu - aparıcı canlı yayımda doğdu

Bu da oldu - aparıcı canlı yayımda doğdu
MAQAZİN
22:19 22.02.2018
4526
ABŞ-ın Müqəddəs Louis şəhərində  yaşayan və "The Arch" radiosunda aparıcılıq edən Proktor adlı hamilə qadın ilkə imza atıb.

Övladını keysəriyyə yolu ilə dünyaya gətirmək üçün xəstəxanaya gedən Proktor oranın işçilərindən icazə alaraq radio vasitəsi ilə canlı yayına qoşulub və doğuş anını tamaşaçıları ilə bölüşüb.

"Həyatımın ən həyəcanlı anlarını dinləyicilərimlə paylaşmaq mənə zövq verdi” deyən aparıcının oğlunun adı da canlı yayımda qoyulub.

Proktorun 3 kiloqram 300 qram övladına səsvermə yolu ilə Ceyms adı seçilib. 

Bildirilir ki, Ceymslə məşğul olmaq üçün aparıcı bir müddət radiodan uzaq düşəcək. 
 

axsam.az
OXŞAR XƏBƏRLƏR