Bu da oldu: polis özü-özünü cərimə etdi

MARAQLI
19:58 15.12.2010
1787

Polisin sözlərinə görə, o, bunu rəhbərliyin gündəlikcərimə olunanların normasını yerinə yetirmək üçün edib. «Mən normanı yerinə yetirmək xatirinə əslində qanunu pozmayan insanları cərimə etmək istəmirdim, buna görə də, dəmiryoluna çıxdım və sonra da bu qayda pozuntusuna görə özümü cərimələdim», - deyə polis əməkdaşı bildirib. «Metro» qəzeti yazır ki, cərimənin məbləği 6 avro olub. Polis rəhbərliyisə, əməkdaşının belə iş tutmasında heç bir nöqsan görmədiyini bəyan edib. Hətta rəhbərlik polislərə biri-birilərini cərimə etməyi məsləhət görüb.

 

OXŞAR XƏBƏRLƏR