AZXEBER.COM xəbər verir ki, musavat.com saytının yaydığı fotodakı şəxs Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur. 1994-cü il iyunun 21-də anadan olan Eləşən mövsümün ikinci yarısını AZAL-ın əvəzedicilərinin heyətində keçirib.
Avqustun 9-da döyülən jurnalist Rasim Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist səhər saatlarında həyatını itirib.
***
Komanda.az-ın məlumatına görə, Elşən İsmayılov hazırda “Qəbələ”nin əvəzedicilərinin heyətindədir. Maraqlıdı ki, “Qəbələ”yə gələndən sonra Elşən İsmayılov bir il “qocalıb". Onun doğum tarixi 1993-cü il kimi göstərilib.