Daim gündəmdə olan ulduz futbolçu Kriştiano Ronaldonun bu dəfə bacısı diqqət mərkəzinə düşüb.
ANS PRESS-in məlumatına görə, portuqaliyalı futbolçunun bacısı Katya Aveyro uzun müddətdir ki, mübarizə apardığı artıq çəkidən qurtulub.
Bundan çox məmnun olan 39 yaşlı müğənni "Buzz Mag" kişi jurnalına cəsur pozlar verib. Arıqladıqdan sonra bədəninə güvəndiyini bildirən Aveyro "Bundan sonra cazibədar təkliflər olsa və məni razı salsa soyunmağa davam edib, gözəl bədənimi göstərəcəm" deyə bildirib. Katya Aveyro həmçinin qardaşı ilə fəxr etdiyini və onu dünyanın ən güclü futbolçusu saydığını qeyd edib.




