ABŞ və İran arasında məsləhətləşmələrin növbəti mərhələsi mayın 3-də İtaliyanın paytaxtında baş tutacaq.
Bu barədə "Axios” portalının müxbiri Barak Ravid "X”də məlumat yayıb.
"ABŞ-İran danışıqlarının dördüncü raundunun şənbə günü Romada baş tutacağı gözlənilir. Bu haqda mənə məsələ ilə əlaqəli olan iki səlahiyyətli bildirib”, - o yazıb.
Xatırladaq ki, danışıqların ikinci raundu da Romada baş tutub.
/Qafqazinfo