Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO

Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
SOSİAL
01:37 12.03.2026
239
Bakının bəzi küçlərində dar döngələr var ki, belə yerlər hərəkət iştirakçıları üçün problemə çevrilir. Hətta bəzən qəzalar qaçılmaz olur.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, dar döngələrdə qarşı-qarşıya gələn avtomobillərin sürücüləri bir-birlərini görməkdə çətinlik çəkirlər.

Məsələn, paytaxtın Xətai rayonu, Cəlal Ağayev və Seyid Mir Həsən Ağa küçələrindəki bu döngələr sürücülərin qorxulu yuxusuna çevrilib.

Sürücülər bildirirlər ki, illərdir bu yol eyni vəziyyətdədir.

Yoldan mütəmadi istifadə edən sürücülər problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən tezliklə tədbir görülməsini istəyirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, yol sahələrində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı quruma daxil olan müraciətlər əsasında mütəxəssislər tərəfindən ərazilərə baxış keçirilir və müvafiq tədbirlər görülür. Sözügedən əraziyə də baxış keçirildikdən sonra ehtiyac olduğu təqdirdə, "Nəqliyyat güzgülərinin" quraşdırılması həyata keçirilə bilər.

OXŞAR XƏBƏRLƏR