Bu ərazi minalardan tam təmizləndi

Bu ərazi minalardan tam təmizləndi
SOSİAL
20:08 29.01.2022
259
Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İqtisadiyyat nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan başqa, artıq Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur.

Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR