Bu ərazidə dörd saat işıq olmayacaq

Bu ərazidə dörd saat işıq olmayacaq
SOSİAL
10:14 23.02.2026
218
Bu gün Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq "Şəhər" yarımstansiyasından çıxan 6 kV-luq 25 saylı hava xətti üzrə ağac budanması və təmir işləri aparılacaq.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 14:00-dək Aydın Məmmədov, Xətai, Sahil, Mehman Bəkirov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR