Bu ərazidə işıq olmayacaq - Xəbərdarlıq

Bu ərazidə işıq olmayacaq - Xəbərdarlıq
SOSİAL
22:43 17.03.2026
217
Sabah Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq "Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 15 saylı "Bağlar” hava xəttində təmir və yenidənqurma işləri aparılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, həmçinin köhnə dayaqlar yeni metal dayaqlarla əvəz olunacaq, sözügedən xətdən qidalanan Transformator Məntəqələri (TM) və Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək.

"Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Mingəçevir şəhəri Günəşli bağ massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR