Bu ərazilərdə duman var

Bu ərazilərdə duman var
SOSİAL
10:27 17.09.2026
181
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.

Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə isə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
OXŞAR XƏBƏRLƏR