Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq

Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq
SOSİAL
15:39 05.04.2026
2644
Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir.

Aidiyyati qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir.

Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 260 qəzalı bina mövcuddur. Qəzalı tikililərin böyük əksəriyyəti paytaxtın payına düşür. Belə ki, Bakıda 228, Sumqayıtda 21, Gəncədə isə 11 qəzalı bina qeydə alınıb.

Paytaxt Bakıda söküntülərin aparılacağı ərazilər artıq müəyyənləşib.

Qəzalı binalar Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarını əhatə edir. Bu binalar mərhələli şəkildə söküləcək, onların yerində isə şəhərsalma tələblərinə uyğun olaraq yaşıllıq zolaqları, parklar, yol infrastrukturu və yeni yaşayış binaları salınacaq.

Qeyd edək ki, proses təkcə təhlükəsizlik məqsədi daşımır, eyni zamanda şəhərlərin ümumi görünüşünün yaxşılaşdırılması və müasir urbanizasiya standartlarına uyğunlaşdırılması hədəflənir. Söküntü və yenidənqurma işlərinin yaxın gələcəkdə başlanması gözlənilir. Hazırda paytaxtın müəyyən ərazilərində aparılan söküntü zamanı əhaliyə 2700 AZN-dək kompensasiya təklif olunur.

Söküntü aparılacaq ərazilərdə yaşayan sakinlərin köçürülməsi və sosial məsələlərlə bağlı qərarların da aidiyyəti qurumlar tərəfindən mərhələli şəkildə açıqlanacağı bildirilir.

Bu layihə təbii ki, daşınmaz əmlak bazarındakı qiymətlərə təsirsiz qalmayacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, bu layihənin icrası daşınmaz əmlak bazarındakı qiymətlərə birbaşa təsir göstərir:

"Bu cür layihələrin icrası ilk növbədə kirayə mənzil bazarına təsir edir. Çünki sökülən evlərin yerəndə çox zaman yeni binalar inşa edilir. Belə vəziyyətdə evləri sökülən sakinlər müəyyən müddətdə haradasa kirayə qalmaq məcburiyyətində qalırlar. Üstəlik, kirayə haqqını tikinti şirkəti ödədiyi üçün sakinlər bu işə həvəslə gedirlər.

Yox, əgər sökülən evlərin yenində infrastruktur layihə həyata keçirilirsə, o zaman vətəndaşa birdəfəlik kompensasiya məbləği ödənilir. Belə hallarda isə vətəndaş birbaşa mənzillərin satış seqmentinə müraciət edir. Ona görə də bütün variantlarda söküntülər həm kirayə, həm də satış seqmentinə birbaşa təsir edir. Təbii ki, müraciətlərin sayı artdıqca daşınmaz əmlak bazarında qiymətlər də yüksəlir”.

Ekspert onu da qeyd edib ki, bu layihənin icrası müəyyən vaxt aparacaq:

"Həm investorların tapılması, həm də dövlət büdcəsindən ayırmalar müəyyən bir dövr tələb edir. Bütün hallarda 260 ünvanda növbəlilik əsasında söküntü işlərinə başlanılacaq. Prosesə bu il başlanılaca və bununla əlaqədar olaraq sənəddə adı qeyd olunan şəhərlərdə qiymət artımı gözlənilir. İlkin ehtimallara görə daşınmaz əmlak bazarında 10-15 faiz arasında bahalaşma proqnozlaşdırılır”.

Qiymət artımı nə vaxtadək davam edəcək?

"Reallıq ondan ibarətdir ki, daşınmaz əmlak bazarında qiymət artımı ən azı 2030-cu ilə qədər davam edəcək. Səbəb də odur ki, investisiya cazibədarlığı baxımından daşınmaz əmlak bazarı alternativsizdir. Əgər yaxın 5 ildə alternativ investisiya alətləri - birjalar, qiymətli kağızlar bazarı formalaşarsa, o zaman mənzil bazarında qiymətlər sabitləşə bilər”, - Vüqar Oruc əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar