Bu ərazilərdə torpaq sürüşmələri baş verə bilər - VİDEO

Bu ərazilərdə torpaq sürüşmələri baş verə bilər - VİDEO
SOSİAL
21:05 10.03.2024
214
Dağlıq ərazilərdə yaxın günlərdə sürüşmələr ola bilər.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Xəzər Xəbər”ə müsahibəsində Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Mütəxəssisin sözlərinə görə, intensiv yağışlar səbəbilə respublikadakı dağlıq ərazilərdə həm təbii, həm də antropogen sürüşmələr ola bilər.

Ənvər Əliyevin fikrincə, havaların yağıntılı keçməsi paytaxt Bakıda da torpaq sürüşmələrinin aktivləşəcəyi ehtimalını artırır.
Mütəxəssis deyib ki, təbii torpaq sürüşməsinin qarşısını almaq çətin olsa da, antropogen təsirlərdən qorunmaq mümkündür. Bunun üçün ağacların əkilməsi səmərə verə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
OXŞAR XƏBƏRLƏR