Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq - VİDEO

Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq - VİDEO
SOSİAL
09:33 22.12.2021
278
Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq.

AZXEBER.COM xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

Gülşad Məmmədova rayonlarda da qeyri-sabit hava şəraitinin müşahidə olunacağını bildirib.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmaq tövsiyə edilib.

OXŞAR XƏBƏRLƏR