Qəzzada hökumət Beyt Hanun sakinlərinin 5 gündür su və yemək kimi əsas həyat qaynaqlarından məhrum olduqlarını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin hücumları nəticəsində Qəzza açıq hava həbsxanasına çevrilib.
Qəzzada minlərlə insan həlak olarkən, susuzluq və aclıq günü-gündən artır. Bu məsələlər Qəzzadakı hökumətin Media Ofisinin verdiyi bəyanatda da qeyd olunub.
İsrailin Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsinə hücumları və bu hücumların sakinlərin humanitar vəziyyətinə təsirləri müzakirə edilib.
Bəyanatda İsrail hərbi maşınlarının Beyt Hanundan sızaraq, bölgəni mühasirəyə alaraq Cibaliyanı işğal etdiyi vurğulanıb,onların əsas həyat qaynaqlarından məhrum olduqları bildirilib.
Qeyd olunub ki, hazırda Beyt Hanunda olan minlərlə fələstinli Cibaliyaya hücumlardan sonra qida və su kimi həyati ehtiyaclarının heç birinə çata bilməyib.
Açıqlamada Beyt Hanun sakinlərinin şəhərdə tam mühasirəyə alındığı, Cibaliyə düşərgəsinin şərq tərəfindəki intensiv bombardman nəticəsində onlardan bəzilərinin yaralandığı, bölgədə sağlamlıq mərkəzinin olmadığı bildirilib.
Hökumət beynəlxalq ictimaiyyəti və yardım təşkilatlarını bölgə xalqını xilas etmək, mühasirəni dayandırmaq və İsrail qüvvələrinin Cibaliyada törətdiyi cinayətlərin qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.
Nəzrin