Bu əşyanın uşaqların sağlamlığına vurduğu zərər isbatlandı - ARAŞDIRMA

Bu əşyanın uşaqların sağlamlığına vurduğu zərər isbatlandı - ARAŞDIRMA
SOSİAL
14:23 18.03.2026
234
Ekran qarşısında çox keçirilən vaxtın uşaq inkişafına təsiri ilə araşdırma aparılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, elmi araşdırmaya görə, kiçik bir uşağın ekran qarşısında keçirdiyi hər 30 dəqiqə nitq gecikməsi riskini 49% artıra bilər.

Mütəxəssislər, xüsusən də 0-5 yaş aralığında ekran qarşısında qalmağın dil inkişafına, diqqət müddətinə və sosial ünsiyyət bacarıqlarına mənfi təsir göstərə biləcəyini qeyd edirlər.
 
Onlar uşaqları ekran qarşısında vaxt keçirmək əvəzinə insanlarla qarşılıqlı əlaqədə, oyunlarda və fiziki fəaliyyətlərdə dəstəkləməyin vacibliyini vurğulayırlar.

Bundan əlavə, uzun müddət ekran istifadəsinin beyin inkişafına təsir göstərə biləcəyi və öyrənmə proseslərinin yavaşlamasına səbəb ola biləcəyi bildirilir. Buna görə də ailələrə ekran vaxtını məhdudlaşdırmaq və uşaqları ilə fərdi qarşılıqlı əlaqəni artırmaq tövsiyə olunur.
 
Aysel
OXŞAR XƏBƏRLƏR