Bu gün 33 dərəcəyədək isti gözlənilir

MARAQLI
05:29 11.06.2011
1683

Bu gün Bakıda və Abşeron yarımadasında şəraitinin gün ərzində az buludlu, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərədə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

 

OXŞAR XƏBƏRLƏR