Bu gün əksər bölgələrdə qar yağacaq

MARAQLI
10:42 14.02.2011
1886

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava gündüz əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, həmin gün sinoptiklər ölkənin əksər bölgələrində havaların yağmurlu keçəcəyini, xüsusilə qar yağacağını proqnozlaşdırır.

Bakıda havanın temperaturu gündüz müsbət 5-7, gecə müsbət 1-3, Naxçıvanda gündüz müsbət 3-5, gecə mənfi 5-7 dərəcə, aran bölgəsində gündüz müsbət 8-10, gecə 0-2, dağlıq zonada gündüz mənfi 1-3, gecə mənfi 7-9 dərəcə olacaq.

 

OXŞAR XƏBƏRLƏR