“Eurovision-2011” Mahnı Müsabiqəsinin Azərbaycan milli seçimlərind iştirak edən 76 nəfərdən 5 nəfər final mərhələsinə keçdi. Fevralın 11-də bu 5 nəfər-Aynişan Quliyeva, Nigar Camal, Eldar Qasımov, Ilqarə İbrahimova, İlhamə Qasımova final konsertində yarışacaqlar. Həmin Final konsertində Disseldorfda keçiriləcək “Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı seçiləcək.
Eldar Qasımov
Eldar 1989 cu ildə Bakıda anadan olub. 1995-2006 cı illərdə 160 saylı məktəbdə oxuyib.2001-2005 ci illərdə 2 saylı musiqi məktəbində fortepiano sinfində musiqi təhil alıb. 2008-ci ildə Almaniyada olarkən vokal dərsləri alıb.Sərbəst almanca danışır. 2006-2010- cı ildə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və Regionşünaslıq fakultəsində təhsil alıb. Hazırda həmin universitetin magistratura pilləsində təhsilini davam etdirir. Çox kiçik yaşlarından mahnı oxumağa başalayaraq, Azərbaycanın və Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuş konsert proqramlarında iştirak edib.
İlhamə Qasımova
Lenkəran şəhərində duğulub. 2000-ci ildə “Bakı Payızı” müsabiqəsinin laureatı olub. 2006-cı ildə “Yeni Ulduz” yarışmasının galibi olub. Hazırda Avropada tanınmış produserler Mark Dollar ve Mayk Mayls ile yeni albom uzərində çalışır.
Ilqarə İbrahimova
İlqarə İbrahimova 1990-cı ildə Bakı şəhərində anadan olub.
Müasir Təhsil Kompleksində təhsil alıb. Moskva Dövlət Universitetinin tələbəsidir.
Nigar Camal
1980-ci ildə Bakıda doğulub. 1985-1986-cı illərdə uşaq ansamblının solisti olub. 1988-1995-ci illərdə musiqi məktəbində təhsil aldığı müddətdə bir neçə mahnı da bəstələyib. 1996-cı ildə “Pöhrə” musiqi yarışmasında diplomla təltif olunub. 2005-ci ildən Londonda yaşayır. RnB, Soul, Pop janrlarında ifa edir. Sevdiyi müğənnilər: Christina Aguilera, Alicia Keys, Brandy, Craig David, Chris Brown
Quliyeva Aynişan
1991-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Ukraynanın Yalta şəhərində keçirilən “Lets change the world to the better” festivalında “Bülbüllər” qrupu ilə gümüş medal qazanıb. 2005-ci ildə Türkiyənin Antalya şəhərində “Bülbüllər”lə bərabər diploma layiq görülüb. 2003-cü ildə Andrey Babiçi qrupunda rəqsdən dərs alıb. Aynişan 2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət Universitetində təhsil olur.
Bu gün bu ifaçıların Milli Finaldakı çıxışlarından sonra münsiflər heyəti Azərbaycanın “Eurovision-2011”-dəki təmsilçisini müəyyən edəcək.