BDU-dan AZXEBER.COM-a verilən məlumata görə, məzun günü universitetin qarşısında keçiriləcək. Estradamızın populyar müğənniləri musiqiləri ilə məzunları təbrik edəcək. Həmçinin tədbirdə "Eurovision-2011" musiqi müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal da iştirak edəcək. Məzun gününün aparıcıları BDU Jurnalistika fakültəsinin məzunu Məryam Mehdiyeva və Sosial Elmlər və Psixologiya fakültesinin məzunu Fuad Bayramov olacaq.
Məzun günü bu il ilk dəfə olaraq ATV telekanalında canlı yayımlanacaq.
Xatırladaq ki, son illər tələbələrin ən xoş günü SPACE TV-də yayımlanırdı.