AZXEBER-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 28-33 dərəcə, bəzi yerlərdə 35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə avqustun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.