"Bu gün yeniləşən, müasirləşən və sürətlə inkişaf edən Azərbaycan məhz Heydər Əliyevin bizə olan əmanətidir"

Bütün Xəbərlər
19:58 10.05.2011
2160

Bu fikirləri Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

Fəttah Heydərov bildirib ki, nəinki ölkəmizdə, bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən Ulu öndərimizin xatirəsi dərin ehtiramla yad edilir. Heydər Əliyev kimi şəxsiyyətlərin əsrlərdə bir dəfə dünyaya gəldiyini deyən millət vəkilinin sözlərinə görə, Ulu öndərimiz tariximizə müstəqil Azərbaycan dövlətinin banisi kimi düşüb.

«Ulu öndər Heydər Əliyev ən çətin anlarda belə xalqın önündə gedərək öz Vətəninə ləyaqətlə, şərəflə xidmət edib. Ümummilli liderimiz Heydər Əliyev mütəqil dövlətimizi quraraq onu gücləndirdi və Azərbaycanı bütün dünyaya tanıtdı. Bu gün yeniləşən, müasirləşən və sürətlə inkişaf edən Azərbaycan məhz Heydər Əliyevin bizə olan əmanətidir. Hər bir Azərbaycan vətəndaşı bu əmanəti qorumalıdır»-deyə Fəttah Heydərov vurğulayıb.

 

OXŞAR XƏBƏRLƏR