Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir
SOSİAL
12:18 12.03.2026
209
Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir.

AZXEBER.COM xəbər verir ki, üçüncü Qədr gecəsi ramazan ayının 22-dən 23-nə, yəni martın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-da Ramazan (Fitr) bayramı olacaq.
OXŞAR XƏBƏRLƏR