Bu gecə gözünüz səmada olsun! - Fotolar

Bu gecə gözünüz səmada olsun! - Fotolar
MARAQLI
10:13 31.05.2026
814
Bu gecə səma həvəskarlarını nadir astronomik hadisə gözləyir.
 
 Ay həm "Mavi Ay”, həm də "Mikro Ay” fazalarına eyni vaxtda daxil olacaq və ilin ən kiçik görünən tam Ay kimi müşahidə ediləcək.

"Mavi Ay” termini Ayın rənginin dəyişməsi anlamına gəlmir. Bu ad eyni təqvim ayı ərzində baş verən ikinci tam Aya verilir. Belə hadisə, adətən, hər iki-üç ildən bir müşahidə olunur.

Astronomların məlumatına görə, bu il təqvim xüsusiyyətlərinə görə 12 deyil, 13 tam Ay baş verəcək. Ay rəsmi olaraq bazar günü səhər tam Ay fazasına çatsa da, onu müşahidə etmək üçün ən əlverişli vaxt bazar gecəsi olacaq.

Bu tam Ay, eyni zamanda, "Mikro Ay” kimi də xarakterizə olunur. Bu, Ayın Yer ətrafındakı elliptik orbitinin ən uzaq nöqtəsinə yaxın olduğu zaman tam Ay fazasına düşməsi ilə bağlıdır. Nəticədə Ay adi tam Aylarla müqayisədə bir qədər kiçik və zəif görünəcək.

Mütəxəssislərin hesablamalarına görə, dolunay zamanı Ay Yerdən təxminən 406 min kilometr uzaqlıqda olacaq. Buna baxmayaraq, ölçü fərqini gözlə görmək çətin olacaq.

Astronomlar bildirirlər ki, "Mavi Ay” və "Mikro Ay” hadisələri ayrı-ayrılıqda müəyyən aralıqlarla baş versə də, onların eyni vaxta təsadüf etməsi olduqca nadir hadisədir. Növbəti "Mavi Ay”ın 2028-ci ildə, növbəti "Mikro Ay”ın isə gələn ay müşahidə ediləcəyi gözlənilir. Lakin hər iki hadisənin eyni vaxtda baş verməsi üçün 2053-cü ilə qədər gözləmək lazım gələcək.

Qeyd edək ki, "Mavi Ay” adlandırılmasına baxmayaraq, Ay bu gecə mavi rəngdə görünməyəcək. Termin yalnız astronomik hadisəni ifadə edir və Ayın rəngi ilə əlaqəli deyil.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
04:00 29.10.2026
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
03:50 29.10.2026
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
03:40 29.10.2026
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
03:30 29.10.2026
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
03:20 29.10.2026
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
03:10 29.10.2026
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
03:00 29.10.2026
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
02:50 29.10.2026
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
02:40 29.10.2026
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
02:30 29.10.2026
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
02:20 29.10.2026
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
Dörd bürcün həyatında çətinliklər geridə qalır
02:10 29.10.2026
Dörd bürcün həyatında çətinliklər geridə qalır
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
02:00 29.10.2026
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
Həkimlər problemini tapa bilmirlər - FOTO
01:53 29.10.2026
Həkimlər problemini tapa bilmirlər - FOTO
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
01:46 29.10.2026
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir