Bu gecə Xırdalan dairəsində hərəkət məhdudlaşdırılır

Bu gecə Xırdalan dairəsində hərəkət məhdudlaşdırılır
SOSİAL
13:32 06.03.2020
1508
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi ətrafında aparılan yenidənqurma işləri çərçivəsində yolun dəmir yolu körpüsünün altından keçən hissəsində kommunikasiya xətlərinin dəyişdirilməsi işləri aparılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a bildirilib.
Bununla əlaqədar olaraq sözügedən ərazidə martın 6-dan 7-nə keçən gecədən etibarən səhər saatlarınadək (00:00 – 05:00-a qədər) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bununla əlaqədar olaraq sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR