Bu gecədən etibarən QAR YAĞACAQ

Bu gecədən etibarən QAR YAĞACAQ
SOSİAL
13:15 13.12.2023
833
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
 
Axşama doğru tədricən kəsiləcək.
 
Dekabrın 13-dən 14-nə keçən gecə Abşeron yarımadasının əsasən şimalında qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 80-85 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR