Bu gənc özünü planetin ən yaraşıqlı kişisi hesab edir - FOTOLAR

DÜNYA
15:00 24.05.2013
9263
İraqlı gənc tələbə özünü planetin ən yaraşıqlı kişisi hesab edir.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son vaxtlar sosial şəbəkələrdə, internet səhifələrində iraqlı model gəncin fotoları sürətlə yayılmağa başlayıb.Belarusda tibb təhsili aldığını deyən Əhməd Mələk özündən əmin duruşu ilə fərqlənir. O, “fotoşop”un köməyi olmadan və makiyajlı kimi görünən fotolarını əsasən "dünyada doğulan ən gözəl yaraşıqlı üz","çox seksual", "planetin ən yaraşıqlısı" adları ilə paylaşır.Özü haqqında verdiyi informasiya isə çox məhduddur. Belə ki, onun iraqlı olduğu, tibb fakültəsində oxuduğu və ərəb, ingilis, rus, fransız dillərini bildiyi bəllidir. 18 yaşlı tələbə "Məşhurların və yaradıcı şəxslərin ilham qaynağı" olmaq istədiyinidə gizlətmir.

OXŞAR XƏBƏRLƏR