Bu gün 2 Milli qəhrəmanın ad günüdür

MARAQLI
14:55 03.02.2012
1594
Bu gün Azərbaycanın 2 Milli qəhrəmanının ad günüdür. Qarabağ Azadlıq Təşkilatından AZXEBER.COM-a verilən məlumata görə, 3 fevral Milli qəhrəmanlar Şahin Tağıyev və Bəylər Ağayevin doğum günüdür.Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. O, təyinatla Rusiyanın Udmurtiya vilayətində çalışmış, ordu sıralarında zabit kursu keçmiş, Bakıda Mayesiz Transformatorlar zavodunda mühəndis işləmiş, Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmiş, əvvəl sıravi, sonra “Qurtuluş” batalyonun komandiri kimi Tərtər, Ağdərə və digər istiqamətlərdə rəşadətlə vuruşmuş, Ağdərə şəhərinin azad olunmasında xüsusi fərqlənmişdir. 1992-ci il iyunun 23-də Milli Qəhrəman adına layiq görülüb. Bir müddət Qarabağ Azadlıq Təşkilatının sədr müavini olub, hazırda İsveçdə mühacir həyatı yaşayır.Bəylər Tapdıq oğlu Ağayev 1969-cu il fevralın 3-də Qubadlı rayonu Qarağaclı kəndində anadan olub. O, 1992-ci ildə təhsil aldığı İnşaat Mühəndislər İnstitutundan könüllü olaraq cəbhəyə gedib, Laçın rayonu Şəfiyan, Fərəcan, Mazutlu, Türklər, Suarası və digər kəndlərin müdafiəsində sücaətlə vuruşub, 1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda komandiri olduğu bölüklə birlikdə sona qədər vuruşub, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. 1992-ci il dekabrın 7-də Milli Qəhrəman adına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR