Bu gün 21 dərəcə isti olacaq

Bu gün 21 dərəcə isti olacaq
SOSİAL
11:27 07.04.2018
4783

Bu gün ölkə ərazisində hava mülayim-isti proqnozlaşdırlıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Hazırda bəzi yerlərdə zəif duman və cənub küləyi müşahidə edilir.

Gündüz saatlarında havanın temperaturunun Abşeron yarımadasında 13-18, Bakıda 15-17 dərəcəyə qədər isinəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında isə havanın temperaturunun gündüz saatlarında hətta 21, dağlarda 13 dərəcəyə qədər isinəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR