Bu gün 3 ölkə 'Eurovision' təmsilçisini elan edəcək
MƏDƏNİYYƏT
15:32 11.02.2012
2484
Bu axşam Macarıstanda 8 finalçı "Eurovision 2012" şousunda çıxış etmək uğrunda yarışacaq.AZXEBER.COM-un şənbə günü "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Macarıstanın müsabiqədəki təmsilçisi iki səsvermə mərhələsindən sonra açıqlanacaq. Milli finalın birinci hissəsində tamaşaçıların səsverməsi əsasında 4 ifaçı müəyyən ediləcək. Tədbirin super-final hissəsində münsiflər heyəti bu 4 ifaçı arasından qalibi seçəcək.Bu axşam Norveçin milli final gecəsində 10 ifaçı təmsilçilik uğrunda mübarizə aparacaq. Ölkənin 57-ci "Eurovision" şousundakı təmsilçisinin müəyyənləşəcəyi qala konsert eurovision.tv ilə canlı yayımlanacaq.Milli final həyəcanı yaşayan digər "Eurovision" ölkəsi isə İslandiyadır. İslandiyanın builki "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi bu axşam 7 ifaçı arasından seçiləcək.Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.