Bu gün 57 437 şagird buraxılış imtahanı verəcək

Bu gün 57 437 şagird buraxılış imtahanı verəcək
SOSİAL
10:30 02.03.2025
375
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

DİM-dən AZXEBER.COM-a verilən məlumata görə, tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.

İmtahan saat 11:00-da başlanacaq.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-  İmtahana buraxılış vərəqəsi;

-  Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)  Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə biliblər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4 292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4 292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.

İmtahanda 57 437 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
17:36 14.03.2025
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
17:27 14.03.2025
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
17:21 14.03.2025
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
17:17 14.03.2025
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
17:16 14.03.2025
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
17:12 14.03.2025
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
17:05 14.03.2025
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
16:59 14.03.2025
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
16:57 14.03.2025
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
16:53 14.03.2025
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
16:49 14.03.2025
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
16:44 14.03.2025
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
16:40 14.03.2025
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
16:31 14.03.2025
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
16:18 14.03.2025
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
“City Garden Narimanov”da qısa müddətdə təhvil veriləcək mənzillər faizsiz kreditlə!
16:16 14.03.2025
“City Garden Narimanov”da qısa müddətdə təhvil veriləcək mənzillər faizsiz kreditlə!