Bu gün AMEA-ya yeni prezident seçiləcək

Bu gün AMEA-ya yeni prezident seçiləcək
SOSİAL
09:41 19.02.2022
389
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, iclasın bu gün saat 12:00-da başlayacağı ehtimal edilir.

Namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR