İdmançı və ictimai fəal Kamil Zeynallının anasının səhhətində problem yaranıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda o özü məlumat verib.
"Bu gün anamın ürəyinə stent qoyacaqdılar. Onu müayinəyə apardım və Allaha şükür hər şey yaxşı oldu. Doğru həkim seçdiyimiz üçün o, buna ehtiyacın olmadığını bildirdi. Təbii ki, anamı sevindirmək üçün tez gedib qızılgül dükanından ona çiçəklər aldım və anamı bir az da olsa sevindirdim" - deyə Kamil paylaşımında bildirib.
Aysel