Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.
AZXEBER.COM xəbər verir ki, turnirin final oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər.
İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.
Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
18 may
Avropa Liqası
23:00 Ayntraxt Frankfurt - Reyncers (CBC Sport, Matç TV, Futbol 1)
Mikayıl