Bu gün Azərbaycan futbolunda qış fasiləsi başa çatır.
AZXEBER.COM-un məlumatına görə, Premyer Liqada yarışan komandaların əvəzedici heyətləri arasında start götürəcək 19-cu turun oyunları ilə çempionatlarımızda 2012-ci ilin dekabr 22-dən yaranan fasilə yekunlaşacaq. Fevralın 9-da isə Premyer Liqada ikinci mərhələnin oyunları başlayacaq.
Qeyd edək ki, əvəzedici komandaların 19-cu turunun təqvimi belədir:
8 fevral
“Kəpəz” – “Neftçi”AZAL – “Simurq”“Rəvan” – “Turan”
9 fevral
“Qəbələ” – “Qarabağ”“Bakı” – “Sumqayıt”
10 fevral
“Xəzər Lənkəran” – “İnter”
Bütün oyunlar saat 14.00-da başlanacaq.