'Bu gün Azərbaycanda heç bir müxalif qüvvə 100 minlərlə insanı meydana çıxara bilməz'

SİYASƏT
17:45 23.05.2013
2234
“Bu cür ideyalar heç vaxt reallığa çevrilə bilməz"Zərdüşt Əlizadə mətbuata açıqlamasında hakimiyyəti ciddi ittiham edib. O açıqlamasında bildirib ki, ”ölkədəki vəziyyətin dəyişməsinin iki yolu var. Ya xalq silaha sarılaraq öz hüquqları uğrunda silahlı üsyana qalxmalıdır, ya da ki, 200-300 minlik mitinq baş tutmalıdır ki, hökumət xalqın hüquqlarını tanısın. Əks halda Azərbaycan iqtidarı yağlı tikə hesab etdiyi hakimiyyəti əldən verməyəcək. Qanun, insaf, Allah kimi amillərin bunlara heç bir aidiyyəti yoxdur. Onların Allahı puldur.”AZXEBER.COM məsələylə bağlı Milli Məclisin deputatı, Müdafiə Komitəsinin üzvü Zahid Orucun fikirlərini öyrənib. O deyib ki. bu cür söhbətlərin xəyali olaraq arzuolunması belə xoş hadisə deyil. Onun fikrincə, bu gün vətəndaş müharibəsi gedən ölkələr var ki, orada hər şey bərbad durumdadır. 
Zahid Oruc detib ki, Azərbaycanda sabitlik hökm sürür və ölkəmizi Liviya, Suriya kimi ölkələr ilə müqayisə etmək düzgün deyil: “Məgər, vətandaş toqquşmaları, xalq müharibələri və yaxud savaşları doğurdanmı hakimiyyəti dəyişmək üçün lazımdır? Ya da ki, əksinə bu yerlərdə bu cür konfiliktlər davam etdirilirsə, nəinki orada dövlətlər ümumiyyətlə, hər hansı normal sistemdən, ictimai həyatın durumundan, bunun sabahından, vətandaşın gələcəyi ilə bağlı mövzulardan danışmaq mümkün deyil. Halbuki, çox yaxşı nümunələr göstərmək olar. Liviya Suriya bu cür xalq savaşlarının axırının aydın göstəricisidir. Nələr yaşandığını, bu proseslərdə xaricdən aydın görmək olur. Sadə vətandaşların qanı hesabına guya inqilab prosesi gedir. Bu mövzunun arzulanması, hər hansı şərti mənada da xəyal olunması arzu edilməzdir”.Zahid Oruc daha sonra qeyd edib ki, Azərbaycanda heç bir qüvvə 100 minlərlə insanı meydana çıxara bilməz:“200-300 min insanın aksiyaya çıxması məsələsinə gəlincə isə deyə bilərəm ki, əlbəttə, bu rəqəm müəyyən mənada idarəçiliyə təsir göstərmək, öz mövqelərini qəbul elətdirmək baxımından güclü sosial elektrat saydır. Lakin Azərbaycanda narazı insanların düşüncə baxımından hadisələrə yanaşma tərzi çox müxtəlifdir. Sosial zəmində, iqtisadi baxımından və yaxud hər hansı siyasi əqidəsinə görə bu hakimiyyətin seçdiklərini bölüşməyənlər ən sonda yenə də arzu etdikləri dəyişiklikləri İlham Əliyevin liderliyi altında edirlər. Belə olan təqdirdə hər hansı bir qüvvənin 400 minlik kontinqenti meydana çıxartması qeyri-realdır.Bu gün Azərbaycanda hər hansı sosial problemi aradan qaldırılması üçün yetəri qədər gücü, təcrübəsi, potensialı var. Belə olan halda bu cür ideyalar heç vaxt reallığa çevrilə bilməz”.Fatimə İbrahimova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb