Zahid Oruc detib ki, Azərbaycanda sabitlik hökm sürür və ölkəmizi Liviya, Suriya kimi ölkələr ilə müqayisə etmək düzgün deyil: “Məgər, vətandaş toqquşmaları, xalq müharibələri və yaxud savaşları doğurdanmı hakimiyyəti dəyişmək üçün lazımdır? Ya da ki, əksinə bu yerlərdə bu cür konfiliktlər davam etdirilirsə, nəinki orada dövlətlər ümumiyyətlə, hər hansı normal sistemdən, ictimai həyatın durumundan, bunun sabahından, vətandaşın gələcəyi ilə bağlı mövzulardan danışmaq mümkün deyil. Halbuki, çox yaxşı nümunələr göstərmək olar. Liviya Suriya bu cür xalq savaşlarının axırının aydın göstəricisidir. Nələr yaşandığını, bu proseslərdə xaricdən aydın görmək olur. Sadə vətandaşların qanı hesabına guya inqilab prosesi gedir. Bu mövzunun arzulanması, hər hansı şərti mənada da xəyal olunması arzu edilməzdir”.Zahid Oruc daha sonra qeyd edib ki, Azərbaycanda heç bir qüvvə 100 minlərlə insanı meydana çıxara bilməz:“200-300 min insanın aksiyaya çıxması məsələsinə gəlincə isə deyə bilərəm ki, əlbəttə, bu rəqəm müəyyən mənada idarəçiliyə təsir göstərmək, öz mövqelərini qəbul elətdirmək baxımından güclü sosial elektrat saydır. Lakin Azərbaycanda narazı insanların düşüncə baxımından hadisələrə yanaşma tərzi çox müxtəlifdir. Sosial zəmində, iqtisadi baxımından və yaxud hər hansı siyasi əqidəsinə görə bu hakimiyyətin seçdiklərini bölüşməyənlər ən sonda yenə də arzu etdikləri dəyişiklikləri İlham Əliyevin liderliyi altında edirlər. Belə olan təqdirdə hər hansı bir qüvvənin 400 minlik kontinqenti meydana çıxartması qeyri-realdır.Bu gün Azərbaycanda hər hansı sosial problemi aradan qaldırılması üçün yetəri qədər gücü, təcrübəsi, potensialı var. Belə olan halda bu cür ideyalar heç vaxt reallığa çevrilə bilməz”.Fatimə İbrahimova