Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək

Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
SİYASƏT
10:10 25.02.2026
280
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, həmin həcmdə dizel yanacağı bu gün dəmir yolu ilə Azərbaycandan yola salınacaq.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
OXŞAR XƏBƏRLƏR