Bu gün Azərbaycanın Milli Qəhrəmanının ad günüdür

MARAQLI
13:16 09.01.2012
1661
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindənAZXEBER.COM-a -ə verilən məlumata görə, Mətləb Kamran oğlu Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində anadan olub. Uşaq vaxtı ailəsilə birlikdə Sumqayıt şəhərinə köçüb. O, 1992-ci ildə leytenant rütbəsində Daxili qoşunlarda xidmətə başlayıb, cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub, 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi sücaət göstərib, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyib, onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR