Bu gün Azərbaycanın qəlbi “Qəbələ“ və “Qarabağ“la döyünəcək

İDMAN
15:00 22.10.2015
1458

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avrokuboklarda mübarizəni davam etdirən klublarımızdan “Qəbələ” də növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun yetirmələri Dortmund “Borussiya”sını qəbul edəcək. Təmsilçimiz qrup mərhələsində ikinci ev oyununu keçirəcək. 1/16 final şanslarını çətinə salmamaq üçün “qırmızı – qaralar” bu qarşılaşmadan mütləq xalla ayrılmalıdı.

Son beş ev oyununda qol buraxmayan bürünc mükafatçımız bu matçda da seriyasını davam etdirmək əzmindədi.

Azərbaycan klubları ilə ikinci dəfə üz-üzə gələcək olan “Borussiya” isə daha əvvəl “Qarabağ”la qarşılaşmış və rəqibini hər iki oyunda məğlub etmişdi.

“Qəbələ” bu oyunda xal qazanacağı halda alman klublarını büdrədən ilk klubumuz kimi tarixə düşəcək.

Avropa Liqası

Qrup mərhələsi, III tur

22 oktyabr

C qrupu

20:00. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: İvan Bebek (Xorvatiya)Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç

Bakı. “Bakcell Arena” stadionu

1

Borussiya

2

1

1

0

3-2

4

2

Krasnodar

2

1

0

1

3-3

3

3

PAOK

2

0

2

0

1-1

2

4

Qəbələ

2

0

1

1

1-2

1

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avrokuboklarda mübarizəni davam etdirən klublarımızdan “Qarabağ” da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun yetirmələri səfərdə “Monako” ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan 3 xal toplayan ağdamlılar Fransa səfərindən sərfəli nəticə ilə dönməyi arzulayır.

“Köhlən atlar” tarixində üçüncü dəfə Fransa klubu ilə qarşılaşacaq. Çempionumuz ikinci pillədəki yerini qorumaq üçün matçdan xalla ayrılmalıdı. “Monako”nun hazırda enişdə olması Qurban Qurbanovun yetirmələrinin lehinə olan amildi. Bu qələbə ağdamlıların 1/16 final şanslarını artıracaq.

Çünki “Qarabağ” ikinci dövrədə 3 matçdan ikisində öz meydanında oynayacaq. Düzdü, Azərbaycan çempionunun aparıcı oyunçuları arasında zədəli futbolçular var. Lakin Çumbinyonun uzun fasilədən sonra qayıdışı və Samuel Armenterosun oyundan-oyuna tam formaya düşməsi itkilərin sığortalanacağını gözləməyə əsas verir.

Avropa Liqası

Qrup mərhələsi, III tur

22 oktyabr

J qrupu

22:00. “Monako” (Fransa) – “Qarabağ”

Baş hakim: Yakob Kehlet

Baş hakimin köməkçiləri: Henrik Larsen, Heyn Sorensen

Monako. “Lui II” stadionu

1

Tottenhem

2

1

1

0

4-2

4

2

Qarabağ

2

1

0

1

2-3

3

3

Monako

2

0

2

0

2-2

2

4

Anderlext

2

0

1

1

1-2

1

OXŞAR XƏBƏRLƏR