Sabah Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.AZXEBER.COM-un məlumatına görə, temperatur gecə 1-3° isti, gündüz 3-6° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-90 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında .havanın yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Temperaturun gecə 8-13° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 2° şaxtadan 3° -dək isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə isə duman olacaq. Temperatur gecə 9-14° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağıntılı olacağı, sulu qar, bəzi ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağıntılı olacağı, sulu qar, bəzi ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.