Bu gün Bakıda yağmursuz hava gözlənilir

Bu gün Bakıda yağmursuz hava gözlənilir
MARAQLI
13:06 04.10.2011
1696
Bakıda və Abşeron yarımadasında bu gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 14-18 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR