Bu gün Bakınının üç rayonunda qaz olmayacaq

SOSİAL
10:35 18.05.2016
1285
“Azəriqaz”dan növbəti xəbərdarlıq.
Bu gün Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Yeni çəkilmiş küçə qaz xəttinin mövcud qaz xəttinə qoşulması, Pirallahı qəsəbəsi ərazisində qaz xətləri üzərində quraşdırılmış qaz tənzimləyicinin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 18-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa, Bilgəh, Albalılıq və Savalan yaşayış massivində, Suraxanı rayonunun Zirə qəsəbəsinin, həmçinin Xəzər rayonunun Pirallahı və Buzovna qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq”, - deyə qurumdan qeyd edilib.

OXŞAR XƏBƏRLƏR