Bu gün Beynəlxalq Şahmat Günüdür

Bu gün Beynəlxalq Şahmat Günüdür
SOSİAL
10:33 20.07.2024
102
İyulun 20-si Beynəlxalq Şahmat Günüdür.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu bayramın əsası 1924-cü ildə yaradılmış Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarı ilə 1966-cı ildən başlayaraq qeyd edilir.
Hazırda FIDE-nin himayəsi altında gənclər, kişilər, qadınlar və böyüklər arasında 40-dan çox rəsmi çempionat təşkil edilir.

Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Belə ki, qədim zamanlarda ölkəmizdə bu intellektual növ üzrə böyük şahmatçılar yetişib. Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahilər öz şeirlərində şahmatı tərənnüm edərək oyun haqqında mənalı, çox dərin fikirlər söyləyiblər. Fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynayıb və onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd edib. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə edib. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani və Xoca Əli Təbrizi Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndələridir.

Müasir müstəqil Azərbaycanda şahmat ən populyar idman növlərindən biri sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamı və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na uyğun olaraq şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkədə şahmatın və onun infrastrukturlarının daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasını təmin etmək, ölkəmizin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılması üçün əməli addımlar atılır.

Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra mötəbər turnirlərdə iştirak edən komandamız böyük uğurlar əldə edib. Kişilərdən ibarət Azərbaycan yığması 3 dəfə Avropa çempionatının qalibi olub, 2 gümüş, 1 bürünc medal qazanıb, qadın komandamız isə qitə çempionatının bürünc medalını alıb. Dünyaşöhrətli qrosmeysterimiz Teymur Rəcəbov dünya kubokunun qalibi olub. Qabaqcıl şahmatçılarımızdan Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Eltac Səfərli, qadınlar arasında Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri beynəlxalq arenalarda böyük nailiyyətlər qazanırlar.


Ölkəmizdə yeniyetmə şahmatçılar arasında çoxlu istedadlı zəka ustaları yetişir. Belə ki, 2019-cu ildə Aydın Süleymanlının 16 yaşadək idmançılar arasında dünya çempionu adını qazanması, eləcə də həmin il 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandasının Ümumdünya Şahmat Olimpiadasının qalibi olması bu sahədə güclü potensialın olmasının bariz nümunəsidir.

Azərbaycan, həmçinin şahmat üzrə ən mötəbər turnirlərə ev sahibliyi edib və bu ənənə son illər də davam edir. Ölkəmizdə Ümumdünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışın təşkili, eləcə də görkəmli zəka ustası, mərhum qrosmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi superturnirdə dünyanın ən güclü şahmatçılarının iştirak etməsi Azərbaycanın şahmat ölkəsi olduğunu sübut edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi