Bu gün bu rayonun 23 yaşayış məntəqəsində qaz olmayacaq

Bu gün bu rayonun 23 yaşayış məntəqəsində qaz olmayacaq
SOSİAL
11:02 18.03.2024
165
Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq.
 
Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən bildirilib. 
 
Məlumata görə, Göygöl rayonu ərazisində yeni tikilmiş "Göygöl Şərab-1” qaz ölçü qovşağında ölçü-hesablayıcı avadanlıqların, ROC cihazının, sərfiyyata uyğun daraldıcı qurğunun quraşdırılması, impuls xətlərinin çəkilməsi, metroloji ölçmələrin aparılması, mərkəzi radiomodem şəbəkəsinə qoşulması işlərinin görülməsi zəruriyyəti ilə bağlı martin 18-də saat 10:00-dan "Əliuşağı” QPS-dən qidalanan "Göygöl əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
 
Təmir-quraşdırma işləri aparılan müddətdə Göygöl şəhəri və rayonun 23 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR