Bu gün bürclər nə vəd edir? - PROQNOZ

MARAQLI
01:31 22.05.2013
3226

QOÇ- Xoş ovqat qazanmaq üçün bu təqvimdən maksimum istifadə etməlisiniz. Bu istiqamətdə Göy qübbəsi də sizə yardımçı olacaq. Yeni xəbərlər, maraqlı adamlar yolunuzu gözləyir.

BUĞA- Bürcünüzə xas olmayan özünütərif prinsipindən qaçın. Bu, nüfuzunuza xələl gətirə bilər. Çalışın ki, ünsiyyətdə olduğunuz hər kəsə mərhəmət göstərəsiniz. Acıdil olmayın.

ƏKİZLƏR- Sağlamlıqla bağlı problemləriniz artdığından astroloji göstəricilər ağır fiziki işlər görməyinizi məsləhət görmür. Ətrafınızda nələr baş versə də, bütün işlərə yüksək enerji ilə başlayın.

XƏRÇƏNG- Daha çox düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.

ŞİR- Səhhətlə bağlı problemlə rastlaşma ehtimalınız var. Havaların istiləşməsi nəticəsində ürəksıxılmalarına məruz qala bilərsiniz. Bu səbəbdən də bütün fiziki işlərinizi təxirə salın.

QIZ- Astroloji göstəricilər bu ərəfədə daha çox təmkin göstərməklə müvəffəqiyyət əldə edəcəyinizi bəyan edir. Ümumiyyətlə, bu təqvimdə çılğınlıq sizə yalnız zərər yetirə bilər.

TƏRƏZİ- Qan-damar sisteminə fikir verin. Nəzərə alın ki, Ayın mənfi təsiri altındasınız. Pulla bağlı riskli sövdələşmələrdən uzaq olun. Fəaliyyətinizdə isə sıçrayış mümkündür.

ƏQRƏB- İşgüzar əlaqələri dərinləşdirmək üçün birə beş qat əzmkarlıq göstərməlisiniz. Qarşılıqlı anlaşma sizin üçün vacib şərtdir. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti qoruyun.

OXATAN- Saat 15-ə qədər özünüzü münaqişəli situasiyalardan qorumalısınız. Elə addım atın ki, ətrafda özünüzə qarşı ikrah doğurmayasınız. Sonrakı saatlarda isə uğurlu məqamlar yaşayacaqsınız.

OĞLAQ- Nahara qədər əsəblərinizi qoruya bilsəniz, sonrakı müddəti rahat başa vuracaqsınız. Sənədləşdirmə işlərində yarımçıq qalan məsələləri həll edin. Axşam evə bir qədər tez gedin.

SUTÖKƏN- Artıq öz bürcünüz başladığı üçün nə vaxtdan bəri həsrətində olduğunuz məqamlarla rastlaşacaqsınız, xüsusən də fəaliyyətdə və sevgidə. Saat 14-dən sonra qazanmaq imkanınız da ola bilər.

BALIQLAR- Bu gün kənardan sizə böyük dəstək verənlər ola bilər. Hətta bu ərəfədə iş yerini və ya üslubunu dəyişmək üçün də böyük şanslar əldə edəcəksiniz. Nahardan sonra sövdələşmələriniz gözlənilir.

OXŞAR XƏBƏRLƏR