Bu gün daha beş idmançımız Olimpiadada mübarizəyə qoşulur
İDMAN
12:30 30.07.2012
1272
Olimpiadanın üçüncü yarış günündə daha 5 Azərbaycan idmançısı XXX London Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq. AzərTAc xəbər verir ki, 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Rüstəm Orucov (73 kq) Cənubi Afrika Respublikasının idmançısı Qideon van Zillə, 1/8 final mərhələsində yarışacaq Kifayət Qasımova (57 kq) isə Kaori Maçumito (Yaponiya) – Vesna Cukiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. Yarışda 1/16 final mərhələsində mübarizə aparacaq boksçularımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, Elvin Məmişzadə (52 kq) monqolustanlı Tuqstsoqt Nyambayar ilə, Vətən Hüseynli (81 kq) isə Ekvador idmançısı Karlos Merkado ilə üz-üzə gələcəklər. Digər idmançımız – ağır atlet Boyanka Kostova (58 kq) da birincilik uğrunda yarışacaq.