Bu gün FİFA ilin ən yaxşılarını mükafatlandıracaq.
AZXEBER.COM xəbər verir ki, İngiltərənin paytaxtı Londonda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
2017-ci ilin ən yaxşı kişi futbolçusu adı uğrunda Kriştiano Ronaldo ("Real Madrid”, İspaniya), Lionel Messi ("Barselona”, İspaniya) və Neymar (PSJ, Fransa) yarışacaq.
İlin ən yaxşı baş məşqçisi adına isə Zinəddin Zidan ("Real Madrid”, İspaniya) Antonio Konte ("Çelsi”, İngiltərə) və Massimiliano Alleqri ("Yuventus”, İtaliya) iddialıdır.
Ən yaxşı qapıçı adına namizədlər isə bunlardır: Canluici Buffon ("Yuventus”, İtaliya), Keylor Navas ("Real Madrid”, İspaniya), Manuel Noyer ("Bavariya”, Almaniya).
Bundan başqa, ilin ən yaxşı qadın futbolçusu və azarkeşləri də seçiləcək.
Qeyd edək ki, qalib, millilərin məşqçiləri və kapitanları, jurnalistlər və azarkeşlərin səsverməsinə əsasən müəyyənləşir.